|
Hörmətli gənclər, tələbələr!
Hörmətli müəllimlər!
Hamınızı
salamlayır və hər birinizə "GƏNCƏ" Təhsil
Mərkəzinin
təqdimatında iştirak etdiyinizə görə təşəkkür edirəm!
Hər
birimizin ali məltəbə daxil olmağımızda orta
məktəblərimizin rolu çox böyükdür. Azərbaycan
Respublikasının, Azərbaycan xalqının 20-ci əsrdə böyük
nailiyyətlərindən biri də budur ki, bizdə yaxşı orta
təhsil sistemi yaranmışdır və orta məktəblərimiz
gənclərə yaxşı təhsil verir, onları tərbiyələndirir,
gələcək müstəqil həyata hazırlayır, ali təhsil almağın
bünövrəsini qoyur.
"GƏNCƏ" Təhsil
Mərkəzinin yaranma tarixi:
28 fevral 2005-ci il.
"GƏNCƏ" Təhsil
Mərkəzinin əsas məqsədi:
-
Əhalinin,
xüsusilə də uşaq və gənclərin hərtərəfli
maarifləndirilməsinə,onların iqdisadi və sosial
problemlərinin həll olunmasına, müasir tələblər
səviyəsində təhsil almalarına şərait yaratmaq və
demokratik prinsiplərə sadiq qalaraq vətəndaş
cəmiyyətinin inkişafına kömək etməkdir.
Siz
həyatınızda gələcəyə doğru böyük bir addım atmısınız.
Qədəmləriniz uğurlu olsun! Qarşınızda böyük yol durur:
ali təhsil almaq, müstəqil Azərbaycan Respublikasının
həyatında özünü sınaqdan çıxarmaq, cəmiyyətdə
istədiyiniz və layiq olduğunuz yeri tutmaq. Bunun üçün
Siz ilk imkanı əldə etmisiniz. Lakin qarşınızda hələ
böyük yol durur.
Mən arzu
edirəm ki, siz indiyədək səylə təhsil aldığınız kimi,
ali məktəblərdə də bütün fənləri dərindən mənimsəməyə
çalışasınız və ali təhsilə malik layiqli mütəxəssiz
olasınız.
Bu, sizdən
asılıdır. Əlbəttə, başqa amillərdəndə asılıdır. Amma hər
şeydən əvvəl sizin özünüzdən asılıdır. Güman edirəm ki,
siz həyat yolunuzun ilk hissəsini müvəffəqiyyətlə
keçdiyiniz kimi, ali məktəbdə təhsil dövrünü də uğurla
başa catdıracaq və xalqımız üçün, cəmiyyətimiz üçün,
ölkəmiz üçün gərəkli, dəyərli insanlar olacaqsınız.
"GƏNCƏ" Təhsil
Mərkəzinin Xidmətləri:
|
Alman dili kursu:
| |
1) |
Grundstufe |
| |
|
I |
| |
|
II |
| |
|
III |
| |
2) |
Mittelstufe |
|
|
İngilis dili kursu:
| |
0 |
Starter |
| |
1 |
Elementary |
| |
2 |
Pre-intermediate |
| |
3 |
İntermediate |
| |
4 |
Upper-intermediate |
| |
5 |
Post-intermediate |
| |
6 |
Advanced |
| |
7 |
Proficiency |
|
|
Kompüter kursları:
-
Windows
-
Microsoft Office
-
Corel Draw
-
Adobe Photoshop
-
CorelDraw
-
1C
-
Internet
-
Web design
-
Administrator
-
Kompüter təmiri
|
"GƏNCƏ" Təhsil
Mərkəzinin keçirilən "Conversation Club"lar.
"GƏNCƏ" Təhsil
Mərkəzinin müəllim və tələbə heyəti üçün təşkil
etdiyi ekskursiyalar.
Ümid edirəm ki, "GƏNCƏ"
Təhsil Mərkəzi öz fəaliyyətini nəinki Gəncə
şəhərində eləcədə Azərbaycanın digər rayon və
şəhərlərində də göstərəcək.
Diqqətinizə görə təşəkkür
edirəm. Sağ olun.
Natella Əhmədova
"GƏNCƏ" Təhsil
Mərkəzinin direktoru
|